“Wizz Air” Gürcüstandan uçuşları bərpa edir
Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bu ayın sonundan bərpa edəcək.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Nazirin sözlərinə görə, aviaşirkətin 20 istiqamət üzrə həftədə 45 reys yerinə yetirməsi nəzərdə tutulub.

N.Turnava qeyd edib ki, mart ayının sonunda “Wizz Air Abu Dhabi” şirkəti Gürcüstanın aviasiya bazarına daxil olacaq və həftədə iki dəfə Əbu-Dabi-Kutaisi- Əbu-Dabi istiqaməti üzrə uçuşlar həyata keçirəcək.
Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər