Milli Ekologiya Agentliyinin məlumatına görə, martın 11-də,
günün ikinci yarısından martın 13-dək Gürcüstanda yağıntı
gözlənilir, martın 12-də yağıntının əsasən qar şəklində olacağı,
bəzi yerlərdə güclü olacağı gözlənilir.
Dağlıq ərazilərdə sis və çovğun olacağı ehtimal edilir. Dənizdə 3-4
bal gücündə fırtına ola bilər.
"Gözlənilən güclü yağış Gürcüstanın qərb bölgəsindəki
çaylarda suyun səviyyəsini və ölkənin dağlıq ərazilərində qar
uçqununun əmələ gəlməsini və sürüşmələrin intensivləşməsini
əhəmiyyətli dərəcədə artıra bilər", – Milli Ekologiya
Agentliyinin yayımladığı açıqlamada bildirilib.
Bununla yanaşı, yolların bəzi hissələrində güclü qar, görmə
imkanının pisləşməsi, qar fırtınası və uçqun təhlükəsi səbəbindən
nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Qurumdan verilən məlumata görə, 13-15 mart tarixlərində gecə Kartli
və Kaxetidə havanın temperaturunun -4, -7 dərəcəyə azalacağı,
bununla çiçəkləmə mərhələsində olan meyvələrə və payız səpilən
buğdaya mənfi təsir göstərəcəyi gözlənilir.