Etiraz radikal xarakter alır. Ekologiya ilə heç bir əlaqəsi olmayan siyasi tələblər səsləndirilir – Turnava
"Bu, Baş nazirin səlahiyyətidir, hər hansı bir fəalın mitinqdə səsləndirdiyi tələblə olmur", – deyə İqtisadiyyat naziri Natia Turnava Namaxvan SES əleyhdarlarının onun istefası tələbinə münasibət bildirib.

Eyni zamanda, Turnavanın sözlərinə görə, aksiya ekologiya məsələlərindən kənara çıxıb və burada əsasən siyasi tələblər səsləndirilib.

"Əvvəla, demək istəyirəm ki, bu etiraz hərəkatı getdikcə daha çox radikallaşır və bunu dünənki mitinqdə sırf siyasi tələblərinin olması, ekologiya, layihə məsələləri ilə əlaqəli olmaması sübut edir. Burada tamamilə siyasi tələblər səsləndirildi. Əlbəttə ki, ultimatum dili bizim üçün qəbuledilməzdir.

İstefa və ya təyinata gəlincə, hər kəsə xatırlatmaq istərdim ki, Gürcüstan hökuməti üzvünün işdən çıxarılması və ya təyin edilməsi Baş nazirin səlahiyyətidir və hər hansı fəalın səsləndirdiyi tələblə olmur. Ancaq yenə də demək istəyirəm ki, əhali və mütəxəssislərə çox vacib təkliflər və həllər təqdim etdik.

Uçurulsun, sərmayədar qovulsun, iş dayandırılsın, tikməyək, qurmayaq və s. - kimi çağırışlar xüsusən də pandemiya ilində yersizdir. Hamımız inkişaf üçün çalışmalıyıq",
– deyə Natia Turnava bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google