İncia prezidentdən Levan Mamaladzeni əfv etməsini xahiş edib
"Avropa Sosialistləri"-nin üzvü, millət vəkili Fridon İncia Gürcüstan prezidentini Levan Mamaladzeni əfv etməyə çağırıb.

Fridon İncia Parlamentin ümumi iclasında Salome Zurabişviliyə müraciət edib və prezident seçkilərində ona səs verdiyini söyləyib.

"Müxtəlif siyasi vəziyyətlərə görə əfv üçün müraciət edən məhkumlar var idi - milyonları mənimsəyən və başqa min cür cinayət törətmiş insanlar əfv olundu. Mamaladzenin əfvi nə oldu? Bu şəxs təxminən 19 ildir Gürcüstanda deyil. Bunun özü artıq bir cəzadır",
– deyə Fridon İncia qeyd edib.

İncianın sözlərinə görə, Levan Mamaladze nə onun dostu, nə də qohumu deyil, sadəcə tanıyır.

"Bu adam nə edib, hansı qızıl külçələri götürüb? Bu qızıl külçələr haradadır, bir şey oğurlasaydı, bu müddət ərzində ortaya çıxmazdımı?” – deyə Fridon İncia əlavə edib.

Kvemo Kartlinin keçmiş qubernatoru Levan Mamaladze "Qızılgül İnqilabından" sonra Gürcüstanı tərk edib. Gürcüstan məhkəməsi onu külli miqdarda rüşvət tələb etmə ittihamı ilə 17 il həbs cəzasına məhkum edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google