Şota Rexviaşvili əhalini Novruz bayramı münasibəti ilə təbrik edib (VİDEO)
Kvemo Kartli qubernatoru Şota Rexviaşvili region əhalisini Novruz bayramı münasibəti ilə təbrik edib və pandemiya dövründə tətbiq edilmiş tənzimləmələrə riayət etdiklərinə, yüksək vətəndaşlıq məsuliyyətinə görə etnik Azərbaycanlı əhaliyə xüsusi minnətdarlıq bildirib.

"Ölkə vətəndaşlarını, etnik Azərbaycanlıları yaz bayramı - Novruz bayramı münasibəti ilə təbrik edirəm. Novruz bayramınız mübarək olsun. Mən hamıya uğur, inkişaf arzu edirəm. Bizim ənənəvi olaraq Novruz bayramını qeyd etmək üçün bölgədə çox geniş miqyaslı tədbirlərimiz var. Ancaq iki ildir ki, ölkədə yaranmış pandemiyaya və tənzimləmələrə görə tədbirləri qeyd edə bilmirik. Hamı yaxşı xatırlayır ki, bu bayramı ölkənin birinci şəxsləri ilə birgə qeyd edirdik. Mənim yerli əhali ilə daim ünsiyyətim var. Onlar bu problemi tam başa düşürlər - göstərdikləri yüksək dərəcədə vətəndaşalıq anlayışı və dövlət yanaşmasına görə onlara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bir daha bayramlarını təbrik edirəm," – Şota Rexviaşili bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər