Danielson Gürcüstana qayıdır - Şarl Mişel
Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, onun xüsusi nümayəndəsi Kristian Danielson müxalifət və hökumət arasındakı danışıqlarda vasitəçilik etmək üçün Gürcüstana qayıdacaq. Mişel bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.

O, açıqlamasında qeyd edib ki, lazımı kompromislərin vaxtı gəlib çatıb: "Xüsusi nümayəndəm Kristian Danielsonla vasitəçiliyimiz sayəsində Gürcüstanda əldə olunmuş irəliləyişi yüksək qiymətləndirirəm. Gürcüstan vətəndaşlarının maraqları naminə lazımi güzəştlərin edilməsinin vaxtı gəlib çatıb. Kristian Danielson bu həftə sonu Gürcüstana qayıdacaq və iştirak edən bütün tərəflərlə vasitəçiliyi davam etdirəcək", - deyə Şarl Mişel qeyd edib.

Prezidentin hökumət və müxalifət arasında müzakirələrin vasitəçiliyi üzrə Avropa Şurasındakı xüsusi nümayəndəsi Kristian Danielson martın 12-də Gürcüstana gələrək, bir həftə ərzində həm müxalifət, həm də "Gürcü Arzusu" təmsilçiləri ilə bir sıra fərdi görüşlər keçirib. 17-18 mart tarixlərində də hökümət və müxalifət liderləri arasında ortaq formatda bir görüş həyata keçirib, lakin heç bir konkret nəticə əldə olunmadan proses sona çatıb. Ardından Kristian Danielson Gürcüstanı tərk edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google