Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, onun
xüsusi nümayəndəsi Kristian Danielson müxalifət və hökumət
arasındakı danışıqlarda vasitəçilik etmək üçün Gürcüstana
qayıdacaq.
Mişel bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.
O, açıqlamasında qeyd edib ki, lazımı kompromislərin vaxtı gəlib
çatıb:
"Xüsusi nümayəndəm Kristian Danielsonla
vasitəçiliyimiz sayəsində Gürcüstanda əldə olunmuş irəliləyişi
yüksək qiymətləndirirəm. Gürcüstan vətəndaşlarının maraqları naminə
lazımi güzəştlərin edilməsinin vaxtı gəlib çatıb. Kristian
Danielson bu həftə sonu Gürcüstana qayıdacaq və iştirak edən bütün
tərəflərlə vasitəçiliyi davam etdirəcək", - deyə Şarl
Mişel qeyd edib.
Prezidentin hökumət və müxalifət arasında müzakirələrin
vasitəçiliyi üzrə Avropa Şurasındakı xüsusi nümayəndəsi Kristian
Danielson martın 12-də Gürcüstana gələrək, bir həftə ərzində həm
müxalifət, həm də "Gürcü Arzusu" təmsilçiləri ilə bir sıra fərdi
görüşlər keçirib. 17-18 mart tarixlərində də hökümət və müxalifət
liderləri arasında ortaq formatda bir görüş həyata keçirib, lakin
heç bir konkret nəticə əldə olunmadan proses sona çatıb. Ardından
Kristian Danielson Gürcüstanı tərk edib.