Vəfat edən tibb bacısının ekspertizası – Samxarauli Milli Ekspertiza Bürosu açıqlama yayıb
Milli Ekspertiza Bürosu tərəfindən vəfat edən tibb bacısı Meqi Bakradze ilə bağlı hələ də müxtəlif araşdırmalar aparılır, yəni tədqiqatlar hələ tamamlanmayıb və bu səbəbdən yekun sənəd hələ hazır deyil. Bu barədə məlumatı Samxarauli Milli Ekspertiza Bürosu yayıb.

Qurumun verdiyi məlumata görə, Milli Ekspertiza Bürosunun mütəxəssisləri səlahiyyətləri daxilində olan bütün suallara dəqiq, peşəkar və tam cavablar vermək üçün əllərindən gələni edirlər.

Levan Samxarauli Milli Ekspertiza Bürosu Meqi Bakradzenin ölümü ilə əlaqədar bir daha təəssüfünü bildirib və ailəsinə başsağlığı verib.

Məlumat üçün bildirək ki, Səhiyyə naziri Ekaterine Tikaradze keçən həftə Samxarauli Milli Ekspertiza Bürosu və Tənzimləmə Agentliyinin 27 yaşlı tibb bacısının ölümü ilə bağlı ortaq hesabatının 29 mart bazar ertəsi günü yayımlanacağını bildirmişdi.

Martın 18-də Axaltsixedəki "İmedi" Klinikasında gənc tibb bacısı koronavirusa qarşı "AstraZeneka" peyvəndi vurulduqdan sonra komaya düşmüşdü.

İddiaya görə, tibb bacısı peyvənd vurulduqdan sonra anafilaktik şok keçirib.

27 yaşlı Meqi Bakradze Təcili tibbi yardım briqadası tərəfindən Axaltsixedən Tbilisidəki Birinci Universitet Klinikasına aparılıb.

Gənc tibb bacısı Birinci Universitet Klinikasında vəfat edib.

Hadisə ilə bağlı istintaq aparılır.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər