Kristian Danielson əvvəlcə tərəflərlə fərdi qaydada görüşəcək
"Gürcü Arzusu" və "Milli Hərəkat" liderlərinin vasitəçi Kristian Danielson ilə görüşləri planlaşdırılıb. O, partiya nümayəndələri ilə yenə fərdi qaydada görüşəcək.

Şarl Mişelin şəxsi nümayəndəsi saat 14:00-da "Gürcü Arzusu", 15:00-da "Vahid Milli Hərəkat" və "Respublikaçılar" ilə görüşəcək.

Kristian Danielson bu gün səhər Baş nazir İrakli Qaribaşvili ilə görüşüb. Hazırda isə, o, prezident Salome Zurabişvili ilə görüşdədir.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google