"Siyasi partiyalardan heç biri bu təklifləri qəbul etməyib"
İqtidar və müxalifətlə görüşlər bitib.

"Mən aşağıdakı təklifləri təqdim etmişəm, lakin siyasi partiyalardan heç biri bu təklifləri qəbul etməyib. Seçki islahatı, məhkəmə islahatı, hakimiyyətin yenidən bölüşdürülməsi ilə bağlı təkliflər var və bu gələcəkdə də davam edəcəkdir. Bizim metodumuz vasitəçilikdir. Gürcüstanın siyasi liderləri güzəştə getməli və bu problemləri həll etməlidirlər. Dediyim kimi, kompromis gücdür, zəiflik deyil. Ölkəni böhrandan çıxarmaq üçün Avropa istəklərinə, xüsusən də hakim partiyanın uzlaşmasına ehtiyac var. Əlbəttə ki, çox yüksək ambisiyaların arxasınca böyük bir məsuliyyət gəlir. Təəssüf ki, tərəflərdə bu gün masada güzəştə getmək istəyi yox idi. İndi prezident Mişelə burada baş verənlər barədə məlumat verəcəyəm və bundan sonrakı addımların nə olacağına və nə zaman atılacağına qərar veriləcək. Avropa İttifaqı Gürcüstana kömək etməyə hazırdır", – deyə iclasların vasitəçisi Kristian Danielson jurnalistlərə verdiyi müsahibədə bildirib.

Print Email
FaceBook Twitter Google