Batumidəki mitinqdə aktivistlər cərimələnib
Batumidəki mitinqin təşkilatçılarından biri olan "Utancdır" hərəkatı fəalı Qiqa Makaraşvili 2000 lari məbləğində cərimələnib.

O, mətbuata verdiyi açıqlamada cəriməni ödəməyəcəyini, çünki "komendant saatı" konstitusiyaya uyğun olmadığı üçün, ona tətbiq olunan sanksiyanın da konstitusiyaya uyğun olmadığını qeyd edib.

Makaraşvili, polisin qanunları tətbiq edərkən ayrı-seçkilik etdiyini iddia edib və bildirib ki, polis, tənzimləmələri pozan bir "Gürcü Arzusu" tərəfdaşını cərimələməyib və bütün bunların mətbuat tərəfindən lentə alındığını da əlavə edib.

Digər fəalların verdiyi məlumata görə, Makaraşvilidən başqa daha 2 nəfər cərimələnib. Hüquq-mühafizə orqanları digər etirazçıların da cərimələnəcəyini bildiriblər.

"Mən qəsdən seçildim, güman edirəm, belə bir sifariş verilib. Bunun üçün nə qəbz almayacağam, nə də cəriməni ödəməyəcəyəm, bu bir təxribatdır", – deyə VMH üzvü Solomon Bacelidze bildirib.

Acarıstan Patrul Polisi Baş İdarəsinin rəisi Davit Mağradze, "hələ cərimə olunmayan və qanunu pozanlar müəyyənləşdirilib cərimələnəcəklər",- deyə bildirib.

"Utancdır" təşkilatı Batumidədir və vətəndaş fəallar daha bir itaətsizlik mitinqi keçirirlər. Koronavirus əleyhinə qoyulan bir sıra məhdudiyyətlərə, xüsusən də axşam 9-dan sonra hərəkətin məhdudlaşdırılmasına yəni "komendant saatına" etiraz edirlər.

"Utancdır"-ın fəalı Zuka Berdzenişvili, tələblərinin "komendantını sona çatdırmaq, zorakılığa son qoymaq" olduğunu söyləyib.

Polisin aprelin 3-də Batumidə mitinqə gələrək aktivistləri həbs etməsini xatırladıb və aktivistlərin bədənlərində çox sayda xəsarətlər olduğunu söyləyib. Həqiqi cinayətkarların deyil, aktivistlərin müttəhim skamyasında oturmalarının ağlasığmaz olduğunu söyləyib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google