Əfqan Muxtarlı bu gün Baş Prokurorluğa çağırılıb
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan Baş Prokurorluğuna dindirilməyə çağırılıb.

Bu barədə məlumat qurum tərəfindən "İnterpressNews"-a təsdiqlənib. Onların sözlərinə görə, Muxtarlı bu gün, 8 aprel tarixində prokurorluğa gəlməlidir.

"İctimaiyyətə xatırlatmaq istərdik ki, Gürcüstan Prokurorluğu Əfqan Muxtarlının işi ilə bağlı davam edən istintaq çərçivəsində, olduğu yerə görə 24 mart 2020-ci il tarixində müvafiq Alman xidmətlərinə hüquqi yardım üçün müraciət edib. Əfqan Muxtarlı Baş Prokurorluğun müraciəti əsasında 24 iyul 2020-ci ildə Almaniyada müvafiq xidmətlər tərəfindən dindirilib. Dindirmə protokolu və müvafiq materiallar Almaniyadan 1 oktyabr 2020-ci il tarixdə Gürcüstan Prokurorluğuna göndərilib və cinayət işinə əlavə edilib.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin (qanunsuz azadlıqdan məhrum etmə) birinci hissəsi ilə istintaq aparılır”,
– deyə qurumdan bildirilib.

Məlumat üçün bildirək ki, Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə yoxa çıxıb. Sonradan onun Azərbaycanda olduğu məlum olub. Əfqan Muxtarlı üç maddə ilə - Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hökumət nümayəndəsinə müqavimət göstərməklə ittiham olunub. 12 yanvar 2018-ci ildə Azərbaycan məhkəməsi Əfqan Muxtarlını 6 il həbs cəzasına məhkum edib, buna baxmayaraq o, bir il əvvəl həbsxanadan çıxıb. Qalan illər ona şərti cəza kimi hesab olunub.

Əfqan Muxtarlı aprelin 7-də Tbilisiyə qayıdıb.

Mənbə: İnterPressNews
Print