Türkiyə Gürcüstan Müdafiə Qüvvələrinə yeni xüsusi texnika təhvil verib
Müdafiə Nazirliyi xəbər verir ki, Türkiyə Respublikası Höküməti, Gürcüstan Müdafiə Qüvvələrinə Marneuli Hava Limanının maddi və texniki imkanlarını yaxşılaşdırmaq üçün müxtəlif növ xüsusi texnika avadanlıqlarıyla təchiz etməyə başlayıb.

Qurumdan verilən məlumata görə, avadanlıq Türkiyə Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanmış "Hərbi Maliyyə Sahəsində Əməkdaşlıq Sazişi" çərçivəsində həyata keçrilib.

"Yeni nəqliyyat vasitələrinin və köməkçi təyyarələrin rəsmi təhvil verilməsi Marneulidəki Birgə Aviasiya Eskadronunun bazasında keçirilib. Tədbirdə Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Müdafiə Qüvvələri Baş Qərargah rəisinin müavini Briqada Generalı İrakli Çiçinadze, Hərbi Hava Qüvvələrinin Komandanı və Hava Qüvvələri Polkovniki Serqo Ninua və Türkiyə Respublikasının nümayəndələri iştirak edib. Mərasim çərçivəsində qəbul aktı Gürcüstan tərəfinin Aviasiya və Hava Müdafiə Komandiri Polkovnik Serqo Ninua və Türk Hərbi Attaşesi Polkovnik Burak Altıner tərəfindən imzalanıb. Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində müxtəlif sahələrdə sıx və uğurlu əməkdaşlıq edirlər", – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Mənbə: 1tv.ge
Print Email
FaceBook Twitter Google