Müdafiə Nazirliyi xəbər verir ki, Türkiyə Respublikası Höküməti,
Gürcüstan Müdafiə Qüvvələrinə Marneuli Hava Limanının maddi və
texniki imkanlarını yaxşılaşdırmaq üçün müxtəlif növ xüsusi texnika
avadanlıqlarıyla təchiz etməyə başlayıb.
Qurumdan verilən məlumata görə, avadanlıq Türkiyə Respublikası
Hökuməti ilə Gürcüstan Hökuməti arasında imzalanmış
"Hərbi
Maliyyə Sahəsində Əməkdaşlıq Sazişi" çərçivəsində həyata
keçrilib.
"Yeni nəqliyyat vasitələrinin və köməkçi təyyarələrin
rəsmi təhvil verilməsi Marneulidəki Birgə Aviasiya Eskadronunun
bazasında keçirilib. Tədbirdə Gürcüstanın Müdafiə naziri cənab
Cuanşer Burçuladze, Türkiyə Respublikasının Gürcüstandakı səfiri
Fatma Ceren Yazqan, Müdafiə Qüvvələri Baş Qərargah rəisinin müavini
Briqada Generalı İrakli Çiçinadze, Hərbi Hava Qüvvələrinin
Komandanı və Hava Qüvvələri Polkovniki Serqo Ninua və Türkiyə
Respublikasının nümayəndələri iştirak edib. Mərasim çərçivəsində
qəbul aktı Gürcüstan tərəfinin Aviasiya və Hava Müdafiə Komandiri
Polkovnik Serqo Ninua və Türk Hərbi Attaşesi Polkovnik Burak
Altıner tərəfindən imzalanıb. Gürcüstan və Türkiyə uzun illərdir
müdafiə sahəsində müxtəlif sahələrdə sıx və uğurlu əməkdaşlıq
edirlər", – deyə Müdafiə Nazirliyinin açıqlamasında
bildirilib.
Mənbə: 1tv.ge