Ərdoğan Gürcüstana gələcək, ancaq tarix məlum deyil - Səfir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tbilisiyə rəsmi səfər edəcək. Məlumatı Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqana əsaslanaraq "İctimai Yayımçı" dərc edib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Türkiyə prezidentinin səfəri tarixi barədə Gürcüstan hökumətindən razılaşma gözləyir.

Səfirin sözlərinə görə, Ərdoğan ölkəyə yazda gəlməli idi, ancaq pandemiya səbəbindən gəlişi müvəqqəti təxirə salınıb.

“Prezident Ərdoğan yazda Gürcüstana səfər etməli idi, ancaq pandemiya başladı və hər şey bağlandı. İndi tarixdə razılaşmağa çalışırıq, Gürcüstan hökumətini və onların qrafikini gözləyirik. Bu görüşün nə vaxt keçiriləcəyini bilmirəm, ancaq ölkəmin prezidenti Gürcüstana nə qədər tez gələrsə, o qədər çox şərəf duyaram, çünki bizim ölkələrimiz arasında strateji əməkdaşlıq davam edir. Ərdoğan media ilə görüşdə Gürcüstana səfər edəcəyini deyib, amma hələ tarix razılaşdırılmalıdır. Ümid edirəm ki, bu tezliklə baş verəcək”, – deyə Fatma Ceren Yazqan bildirib.

“Ümumiyyətlə, Gürcüstan-Türkiyə strateji tərəfdaşlığı nəzərə alınmaqla, yüksək səviyyəli səfərlər hər zaman prioritetdir və prezidentlər, hökumət başçıları və nazirlərin səfərləri, həmçinin, Gürcüstan-Türk Strateji Şurasının iclası da daxil olmaqla bu istiqamətdə işlər aparılır.

"Xüsusilə Prezident Ərdoğanın səfərinə gəlincə, daha əvvəl də qeyd etdiyimiz kimi, yüksək səviyyəli səfərlər hər zaman prioritetdir, lakin baş tutacağı dəqiq vaxt, tarix məlum deyil", – deyə Xarici İşlər Nazirliyi "Netgazeti"-yə göndərdiyi məktubda bildirib.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər