Gürcüstan prezidenti Qiorqi Ruruanı əvf edib
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif lider Qiorqi Ruruanın əfvi barədə fərman imzalayıb.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

“Mən razılaşmanın birinci mərhələsinin yerinə yetirilməsini alqışlayıram. Öz tərəfimdən sözümü tutaraq əfv fərmanını imzaladım”, - deyə Gürcüstan Prezidenti qeyd edib.

Prezidentin Q.Ruruanı əfv etməsi üçün irəli sürdüyü şərti artıq yerinə yetirilib. Belə ki, parlamentə seçilən və iqtidarla siyasi böhrandan çıxış planını imzalamış müxalifət təmsilçiləri bu gündən qanunverici orqanın fəaliyyətində iştirak etməyə başlayıb. Qanunverici orqana daxil olan müxalif deputatların hazırkı sayı 13 nəfər təşkil edir.

Xatırladaq ki, Q. Ruruanın həbsdən azad edilməsi müxalifətin dialoq prosesində hakimiyyət qarşısındakı əsas tələblərindən biri idi. Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının səhmdarlarından biri - iş adamı Q. Rurua 2019-cu ilin 18 noyabrında odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlanılıb. O, 30 iyul 2020-ci il tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 4 il müddətinə məhkum edilib. Q. Rurua müxalifyönlü “Mtavari Arxi” telekanalın əsas hissədarlarından biridir.
Print Email
FaceBook Twitter Google