Sabirkənddən olan 101 yaşlı Böyük Vətən müharibəsinin iştirakçısı
19:00 / 10.05.2021
Hüseyn Novruzov 1920 -ci ildə Marneulidə – Sabirkənddə dünyaya
gəlib. O, Böyük Vətən müharibəsini xatırlayacaq beş veterandan
biridir. 9 may onun üçün xüsusi gündür.
Müharibəyə gedəndə gənc olub və müharibədə bir neçə dəfə yaralanıb.
Ac qaldıqları, yaralı vəziyyətdə bir xəatəxanadan digərinə getdiyi
günləri xatırlayır. Ancaq çətinliklərə baxmayaraq xilas olmağı
bacarıb.
101 yaşlı Hüseyn Novruzovun 6 övladı və 15 nəvəsi var. Müharibə və
keçdiyi çətin həyat yolundan övladlarına tez-tez danışır. Onun
istəyi ölkənin sülh, firavanlıq içində olmasıdır.
Faşizm üzərində qələbə günü Gürcüstanda 9 may 1946-cı ildən qeyd
olunur. Hazırda Marneuli miqyasında cəmi beş müharibə veteranı
var.