Palçıqdan ağırlaşmış “qaloşlarla” məktəbə doğru – palçıqlı yolun hərəkəti məhdudlaşdırdığı kənd
Xutor-Lejbəddin Marneulidən təxminən 25 kilometr məsafədə yerləşir. Kənd bir əsrdən artıqdır ki, mövcuddur. Ancaq sakinlər üçün su problemi kəndin sıradan çıxmış yol problemi qədər ciddidir. Yağış yağan zaman vəziyyət daha da ağırlaşır. Vəkil Səfərov övladları ilə birlikdə məktəbə gedir, rezin ayaqqabı geyinir, kiçik qızını qucağına alır və yoluna davam edir. Vəkil bildirir ki, illərdir yerli özünüidarədən yolun təmir edilməsini tələb edirlər.

Kənddə su da yoxdur. Bunu bütün ailələrdə əl-üz yuyan olması da təsdiq edir. İçməli su götürmək üçün özləri alternativ yol düşünüblər və kustar qaydada bulaq düzəldiblər. Suyun içmək üçün nə dərəcədə yararlı olması barədə məlumatları yoxdur. Bulaqdan içməli su gətirirlər. Əşyalarını yumaq və çimmək üçün arx suyundan istifadə edirlər.

Yerli özünüidarədən bildirirlər ki, yolun təmiri baxımından Xutor-Lejbəddində bu il heç nə planlaşdırılmır. Suyun təmiri isə yaxın gələcəkdə planlaşdırılır.

“Xutor Lejbəddinin əhalisi kəndə gedən yolun təmirini tələb edirdi. Bunu 2020-ci ildə təmir etdik. Hazırda içməli suyun layihələşdirilməsi üçün tender elan olunub. Tender başa çatıb və qalib şirkət var. Təxminən 22 may tarixində layihəni təhvil verəcəklər və sonra işlərin həyata keçirilməsi üçün tender elan olunacaq. Bundan sonra gələn il üçün daxili yollara asfalt qatının çəkilməsinin qayğısına qalacağıq”, – Meriyanın İnfrastrukturun İnkişafı, Analiz və Monitorinq Şöbəsinin rəhbər müavini Davit Mumladze bildirdi.

Davit Mumladzenin sözlərinə görə, müvəqqəti yeganə alternativ yola çınqıl tökülməsi ola bilər. Bu isə kənddə su infrastrukturunun tikinti işləri üçün tender elan olunana qədər həyata keçiriləcək.

Daha ətraflı videoda:


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər