Candar ictimai məktəbində son zəng çalınıb. 17 nəfər məzun Marneuli
mərkəzi parkına toplaşıb, şəkillər çəkdiriblər və bir-birinə
uğurlar arzulayıblar.
Həmin məktəbin şagirdi Nuranə Məmmədova bildirdi ki, koronaviusa
görə müəyyən məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq,
xoşbəxtdir ki, sinif yoldaşları ilə birgə bu günü qeyd etmək, ağ
köynək geyinmək və köynəklərə təbriklər yazmaq mümkün
olub.
12-ci sinif şagirdləri üçün tədris ili rəsmi olaraq 20 may
tarixində başa çatacaq. Təhsil Resurs Mərkəzindən verilən məlumata
görə, məzunlar son zəngi bu gün də qeyd edə bilərdilər.
Epidemioloji vəziyyətə görə, Təhsil Nazirliyinin tövsiyələrinə
əsasən “son zəng” tədbirlərini yalnız 12-ci sinif şagirdlərinin və
məktəb müəllimlərinin iştirakı ilə, məktəb ərazisində qeyd etmək
olar. Kənar şəxslər tədbirdə iştirak etməməlidir. Əgər məktəbin
imkanı olarsa, tədbir açıq məkanda baş tutmalıdır.