Məişət münaqişəsinin etnik zəmini - Kobaxidze, Məmmədli və Mikeladze
14 iyun tarixində “Mtavari” kanalının efirində Qiorqi Qabunia ilə müsahibə zamanı “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Dmanisi bələdiyyəsində baş vermiş münaqişəyə rəy bildirib. Demək olar ki, Kobaxidze bir növ münaqişənin etnik zəmində olduğunu etiraf edib.

“Siz xatırlayırsınız ki, Dmanisidə ağır hadisə baş vermişdi və növbəti gün vəziyyət qaydasına salındı. Hər şey barışıqla bitdi. Buna hakimiyyətin müxtəlif nümayəndələri eləcə də DİN qoşulmuşdu. Orada ikitərəfli hadisələr baş verirdi. Emosional məsələ idi. Müxtəlif etnik mənşəli adamlar bir-biri ilə münaqişə edirdi. Ağır hadisə idi. İş üçün mühüm idi ki, bunların hamısı barışıqla bitsin və belə də oldu”, – Kobaxidze dedi.

Kobaxidzenin sözlərinə “Salam” platformasının təsisçilərindən biri Kamran Məmmədli münasibət bildirdi. O, qeyd etdi ki, siyasi liderlərin Dmanisi hadisəsinin etnik əlamətlə baş verdiyini istisna etsə də Kobaxidzenin bəyanatı komanda üzvlərinin fikrinə ziddir və bir növ etirafdır. Mədmmədlinin sözlərinə görə, əgər siyasi baxıç səviyyəsində “Gürcü Arzusu” dərk edibsə ki, münaqişənin etnik xəttləri var idi, o zaman bunun üçün xüsusi addımlar atılmalıdır, işlənməlidir və yerində həmrəylik məkanlarının yaradılması üçün daha artıq resurs sərf olunmalıdır.

“Yəqin Kobaxidzenin çıxışı qərar verən və vəzifədə olan adamların fərqli mövqe göstərəcəyinə işarədir. Nazirlər indiyə kimi bu sadəcə məişət zəminində baş vermiş münaqişədir deyirdilərsə, Kobaxizenin komanda üzvlərindən fərqli olaraq belə çıxış etməsi aydın deyil. Mən hesab edirəm ki, bu həqiqətən də məişət zəminində baş vermiş münaqişə idi. Sonradan isə geniş miqyaslı hadisəyə çevrildi. Reallıq bu idi ki, bir-birini qarşı olan qruplar arasında ayrılıq xətti etnik əlamət idi. Bir tərəfdə etnik gürcülər digər tərəfdə etnik Azərbaycanlılar dururdu. Demək olar hadisədən bir ay ötüb və bu qədər vaxt ərzində belə çıxış etmək düşünürəm problemin etiraf edilməsidir ki, münaqişə etnik zəmində baş vermişdi. Məişət zəminində başlamışdı, ancaq bunun etnik zəmində olduğunu etiraf edirlərdə i zaman dövlət qurumlarının bu barierlər və gərginliyi aradan götürməsi üçün işləməsi mühümdür. Yerində və milli səviyyədə elə siyasət aparaq ki, etnoslar arasında kommunikasiyaya, münasibətlərin gücləndirilməsinə dəstək olsun”.

Sosial Ədalət Mərləzinin təsisçisi Tamta Mikeladze hesab edir ki, İrakli Kobaxidze tərəfindən edilən dünənki qiymətləndirmə ona qədər nazirlərin etdiyi qiymətləndirmələrə müəyyən qədər ziddir.

“Bu fiqurların qiymətləndirməsi əvvəldən də problemi idi. Ona görə ki, onlar problemi sıxışdırdılar. Danışırdılar ki, yalnız məişət zəminində baş vemriş münaqişə idi. Ancaq Dmanisidə spontan və xaotik, zorakı hadisələr baş verirdi. Bu münqaişəyə qoşulmuş tərəflər məhz etnik işarə təşkilatlamışdılar. Aydındır ki, bizi danışdıran bu münaqişənin məişət zəminində baş verməsi və sonradan etnik kontekstə çevrilməsidir. Bu barədə danışmaq bu gün vəziyyəti gərginləşdirməyimiz üçün deyil, bu məsələyə daha geniş baxmağımız, dövlətin uzunmüddətli transformasiyası, icmalar arası münasibətlərin bərpası və əməkdaşlığa istiqamətlənmiş siyasəti tələb etmək üçün mühümdür”

Qeyd etmək lazımdır ki, Dmanisi bələdiyyəsində münaqişə 16-17 may tarixində baş vermişdi.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər