Polis mümkün qədər səfərbər olunmuşdu - Kobaxidze
"Gürcü Arzusu"-nun sədri İrakli Kobaxidze, homofob qrupların şiddətli hərəkəti zamanı polisin "Tbilisinin nə qədər ki, imkanı var idi" maksimum dərəcədə səfərbər edildiyini iddia edib.

Kobaxidzenin sözlərinə görə, Daxili İşlər Nazirliyinin tədbir görülməsinə obyektiv çətinlik yaradılıb.

Onun sözlərinə görə, hökumət "Tbilisi Pride"-ın təşkilatçılarını gözlənilən risklər barədə xəbərdar edib və beləliklə bunun qarşısını almağa çalışıb.

"Mitinq iştirakçılarının sayı çox böyük idi və bu gözlənilən idi. Məhz bu səbəbdən xəbərdarlıqlar edilirdi. Belə vaxtlarda tədbir görmək çətindir və bu səbəbdən Daxili İşlər Nazirliyi obyektiv çətinliklə qarşılaşıb. Tbilisidə polislər mümkün qədər səfərbər olunmuşdu", - deyə Kobaxidze bildirib.

Həqiqət budur ki, praydın məqsədi kiminsə hüquqlarını qorumaq deyildi, bunun arxasında "subyektiv siyasi maraqlar" dururdu.

"Praydın təşkilatçılarını, planladıqları hərəkətin rəqiblərin qəzəbinə və vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyi barədə xəbərdar etdik. Bu şərtləri nəzərə alaraq onları mitinq təşkil etməkdən çəkinməyə çağırdıq. Baş nazir İrakli Qaribaşvili bu gün praydın təşkilatçılarını məhz buna çağırdı.

Həqiqət budur ki, praydın məqsədi kiminsə hüquqlarını qorumaq deyildi, bunun arxasında subyektiv siyasi maraqlar dururdu. Hər kəsə xatırlatmaq istərdim ki, Tbilisidə baş verənlər yalnız praydın arxasında duran radikal müxalifətin, "Milli Hərəkat"-ın və onun tərəfdaş partiyalarının maraqlarına uyğundur. İctimai mübahisələr, vəziyyətin gərginləşməsi, Qərb əleyhinə hisslərin təşviqi bu siyasi qüvvələrin uzun illərdir can atdıqları şeydir. Hər kəsi hökumət əleyhinə qüvvələrin vəziyyəti onların ssenarilərinə uyğun inkişaf etdirməsinə imkan verməməyə çağırıram",
- deyə Kobaxidze bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google