"Bakı və Tbilisi bu gündən qardaş şəhərlərdir" | Kaladze Bakıda
Azərbaycanın paytaxtına rəsmi səfərə gedən Tbilisi Meri Kaxa Kaladze, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Məlumatı Tbilisi meriyası və Azərbaycan mətbuatı yayıb.

Tbilisi meriyasından verilən məlumata görə, görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlər və strateji əməkdaşlıq məsələləri müzakirə olunub.

“Əhəmiyyətli bir razılaşma imzalandı. Bakı və Tbilisi bu gündən qardaş şəhərlərdir, lakin iki ölkə həmişə qardaşlıq və dostluq münasibətlərində olublar. Azərbaycan şəxsən mənim üçün dost bir ölkədir, burada çox dostlarım var. Energetika naziri olaraq paytaxtınıza tez-tez baş çəkmişəm və gördüyüm kimi gündən-günə Bakı gözəlləşir. Mükəmməl qonaqpərvərliyə görə sizə təşəkkür etmək istəyirəm", - deyə Kaxa Kaladze bildirib.

Meriyadan verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə Tbilisi arasındakı qardaşlığın əhəmiyyətindən danışıb və Kaxa Kaladzenin Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmləndirilməsində şəxsi töhfəsini qeyd edib.

"Azərbaycana xoş gəlmisiniz. Bilirəm ki, dünən Bakı ilə Tbilisi qardaşlaşlığına dair çox vacib bir müqavilə imzaladınız. Ölkələrimiz, xalqlarımız arasında həmişə qardaşlıq münasibətləri olub və bu dəfə paytaxtlarımızın qardaşlaşması qardaşlığımızın təbii davamıdır. Dünyada çox gözəl şəhərlər var, lakin Bakı və Tbilisi tarixi abidələrə böyük diqqət yetirilərək, özünəməxsus gözəlliyi və mədəniyyəti ilə seçilir. Bilirəm ki, siz Tbilisinin daha da yaxşılaşdırılması üçün, eləcə də Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin inkişafı üçün çox səy göstərirsiniz", - deyə İlham Əliyev bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər