N.Q.-nın nağılları və fantaziyasının məhsuludur - Kobaxidze DTX-nın iddia olunan sənədi barədə
"Gürcü Arzusu" təşkilatının sədri İrakli Kobaxidzenin sözlərinə görə, "Mtavari Arxinin" direktoru Nika Qvaramianın, Dövlət Təhlükəsizliyi Xidmətinin siyasətçiləri, jurnalistləri, QHT-ləri və diplomatik korpus üzvlərini, eləcə də hakim komandanın üzvlərini izlədiyini barədə dedikləri "nağıldır".

Kobaxidzenin sözlərinə görə, DTX-nın onu dinləmədiyinə əmindir.

"N. Q.-nın nağıllarını və fantaziyalarını şərh edə bilmərik. Əsassız olaraq eşitdiyimiz bəzi söyləntilər var, bəzi fantaziya məhsulu fikirlər var. Özləri keçmişdə camaatı dinlədikləri üçün, o günlərdən çıxa bilməyiblər, sanırlar ki, yenə dinlənilirlər. Nika Qvaramia keçmiş günlərdən çıxa bilməyib, buna görə də bütün bu söhbətlər qeyri-ciddidir", - deyə Kobaxidze bildirib.

Dünən, avqustun 1-də "Mtavari Arxinin" direktoru, DTX-nın gizli və qeyri-qanuni şəkildə siyasətçiləri, QHT nümayəndələrini, jurnalistləri və iş adamlarını izlədiyini və şəxsi həyatı haqqında qeydlər topladığını bildirib.

Qvaramianın sözlərinə görə, belə yazılardan biri qeyri-hökumət təşkilatlarının nümayəndələri Qiorqi Mşvenieradze ilə Qiorqi Oniani arasındakı söhbətlə bağlı olub. Bu söhbətin mövcudluğunu təsdiq ediblər. Lakin Kobaxidzenin sözlərinə görə, Qiorqi Mşvenieradzenin təsdiqinin "dəyəri yoxdur".

"Mşvenieradze və Qvaramia bir siyasi partiyanın üzvləridir və buna görə də Melia onları şahid olaraq gətirdi, cəmiyyətdə onların sözü keçmir, onların dediklərinin bir dəyəri yoxdur", - deyə Kobaxidze bildirib.

İstintaq orqanları qanunsuz izləmə və dinləmə ilə bağlı iddialar haqqında hələ məlumat yaymayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər