Marneuli meriyası 112 520 lariyə Şota Rustavelinin heykəlinin
alınmasını və quraşdırılmasını planlaşdırır. Yerli özünüidarə
heykəlin alınması üçün sadələşdirilmiş müqaviləni artıq yayımlayıb.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
sadələşdirilmiş müqavilə bağlanması üçün indiki mərhələdə hökumətin
razılığı lazımdır.
Şota Rustavelinin abidəsi Marneuli Kitabxanasının qarşısında
ucaldılacaq. Heykəl 2021-ci ilin 20 noyabr tarixində qədər
ucaldılmalıdır – həmin gün bələdiyyədə yeni qəbul edilmiş “Şotaoba”
bayramı keçiriləcək.
Marneuli Bələdiyyə Məclisi “Şotaoba” bayramının təsis edilməsi ilə
bağlı təşəbbüsü 2021-ci ilin 6 avqust tarixində dəstəkləyib.
Bayramın təsis edilməsi təşəbbüsü ilə Bələdiyyə Məclisi iclasında
meriyasnın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinin
rəhbəri Elquca Kupatadze çıxış edib. O, qeyd edib ki, “Şotaoba”
xalq bayramı bələdiyyədə hər il 20 noyabr tarixində qeyd
olunmalıdır.