Marneuli meriyası Rustavelinin heykəlinə 112 520 lari ödəyəcək
Marneuli meriyası 112 520 lariyə Şota Rustavelinin heykəlinin alınmasını və quraşdırılmasını planlaşdırır. Yerli özünüidarə heykəlin alınması üçün sadələşdirilmiş müqaviləni artıq yayımlayıb. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, sadələşdirilmiş müqavilə bağlanması üçün indiki mərhələdə hökumətin razılığı lazımdır.

Şota Rustavelinin abidəsi Marneuli Kitabxanasının qarşısında ucaldılacaq. Heykəl 2021-ci ilin 20 noyabr tarixində qədər ucaldılmalıdır – həmin gün bələdiyyədə yeni qəbul edilmiş “Şotaoba” bayramı keçiriləcək.

Marneuli Bələdiyyə Məclisi “Şotaoba” bayramının təsis edilməsi ilə bağlı təşəbbüsü 2021-ci ilin 6 avqust tarixində dəstəkləyib. Bayramın təsis edilməsi təşəbbüsü ilə Bələdiyyə Məclisi iclasında meriyasnın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinin rəhbəri Elquca Kupatadze çıxış edib. O, qeyd edib ki, “Şotaoba” xalq bayramı bələdiyyədə hər il 20 noyabr tarixində qeyd olunmalıdır.

"Marneuli" Radiosu
Print