Saakaşvili oktyabr seçkiləri üçün gələcəyini bəyan edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2 oktyabr

yerli seçkilərində Gürcüstana gələcəyini elan edib və tərəfdarlarını səfərbərliyə çağırıb.

Mixail Saakaşvilinin sözlərinə görə, Bidzina İvanişvili hökuməti seçkiləri saxtalaşdırmağa çalışacaq.

"Bu dəfə bütün bunlara görə cavab verməliyik. Cavab verməyi öyrənməliyik, onlar zorakılığa keçərlərsə, biz bu əli onlara geri qaytarmalıyıq. Biz qarışıqlıq, zorakılıq istəmirik, amma gələcəyimizi istəyirik və heç kimin bizi təhqir etməsini istəmirik", - deyə Mixail Saakaşvili sentyabrın 6-da yaydığı bəyanatda bildirib.

Saakaşvili həbsdən qorxmadığını və insanların onu azad edəcəyinə əmin olduğunu söyləyib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər