16 sentyabradək Gürcüstanda hava şəraiti necə olacaq
Milli Ətraf Mühit Agentliyi sentyabrın 16-a olan hava proqnozunu açıqlayıb.

Agentliyin məlumatına görə, gələn həftə Gürcüstanda əsasən isti hava gözlənilir.

Sentyabrın 10-da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu +24, +29 dərəcə olacaq.

Sentyabrın 11-də, günün sonundan 13 sentyabra qədər Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) qısamüddətli yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərdə dolu yağacağı ehtimalı var.
Sentyabrın 12-də hava temperaturu +21, +26 dərəcəyə enəcək, sentyabrın 13-dən isə Qərbi və Şərqi Gürcüstanda +24, +29 dərəcəyə qədər istiləşəcək.

Sentyabrın 10-11-də Tbilisidə yağmursuz hava şəraiti olacaq. Sentyabrın 12-də qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə olacaq. Sentyabrın 13-16-da ölkənin əksər yerlərində isti hava şəraiti gözlənilir.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər