Baş nazir İrakli Qaribaşvili bildirib ki, seçkilərdən
sonra dövlətə və kilsəyə qarşı "sui-qəsdə" qatılan hər kəsə "düzgün
cavab veriləcək".
O, ölkədə "təxribat" cəhdinə sıfır kompromis olacağını
söyləyib.
Oktyabrın 2-də dövlətə və kilsəmizə qarşı bu sui-qəsdə gürcü xalqı
ləyaqətli bir cavab verəcək və hər şəhərdə və bələdiyyədə "Gürcü
Arzusu" qalib gələcək.
"Təbii ki, biz güclü bir hökumətik. Bəzilərinin
xəyalları ola bilər, amma heç bir güzəşt olmayacaq, ölkəmizdə hər
hansı bir təxribat törətmək cəhdində sıfır kompromis olacaq.
Seçkilər sona çatacaq və hər kəsə layiqli cavab veriləcək,
sui-qəsddə iştirak edən hamı vətən xaini və ölkəmizin
düşmənidir", - deyə Qaribaşvili qeyd edib.
Sentyabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
sızdırıldığı iddia edilən din xadimlərinin şəxsi həyat detalları,
əlaqələri tamami ilə dinlənilib.