Prokurorluq gizli qeydlərlə bağlı istintaqa başlayıb
Gürcüstan Prokurorluğu məxfi qeydlərlə bağlı mətbuatın yaydığı məlumatlarla bağlı istintaqa başlayıb.

Qurumdan verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 158-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxsi ünsiyyətin sirrinin pozulması ilə bağlı araşdırma başlayıb.

"Qeyri-qanuni qeydlər və materiallara sahib ola bilən hər kəsi istintaqla əməkdaşlıq etməyə çağırırıq. Eyni zamanda, sözügedən materialı olan mətbuat orqanlarını istintaqla əməkdaşlıq etməyə və onları mövcud sübutları təqdim etməyə çağırırıq. Həmçinin hər kəsi şəxsi məlumatları ictimaiyyətə açıqlamaqdan çəkinməyə çağırırıq", - deyə prokurorluq bildirib.

Sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sızdırılan bir sıra sənədlərin internetə yükləndiyi iddia olunub. Sənədlərdə , 2014-cü ildən bu günə qədər gizli müşahidə yolu ilə əldə edildiyi iddia edilən şəxsi həyatları da daxil olmaqla, ruhanilər haqqında yazılı məlumatlar var. Bəzi məlumatlarda din xadimlərinin azyaşlılarla cinsi əlaqədə olması, ərizə müqabilində məhbusların əfv edilməsi üçün rüşvət alması və s.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər