Saakaşvili gəlməyə cürət edərsə, bu "Gürcü Arzusu"-nun razılığı ilə olacaq - Qaxaria
Tbilisi meriyasına namizəd və keçmiş baş nazir Qiorqi Qaxaria bildirib ki, Mixail Saakaşvili Gürcüstana gələcəksə, bu, "Gürcü Arzusu"-nun razılığı ilə olacaq.

Saakaşvilinin gəlişi, "Gürcü Arzusu"-nun uydurduğu nağıldır, hansı ki, tərəfdarlarını səfərbər etmək üçün istifadə edirlər. Bundan başqa bir şey deyil. Əgər Saakaşvili Gürcüstana ümumiyyətlə gəlməyə cürət edərsə, təbii ki, bu "Gürcü Arzusu"-nun razılığı ilə olacaq.

"Hər halda, tülkü kimi, bu insanlar da həbsdə olmalıdır və bu gün nə dediklərinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə, bu gün "Gürcü Arzusu"-un insanları bir şeylə qorxutmaq üçün bir nəyəsə ehtiyacı var idi və indi bununla qorxudurlar. Nə əhəmiyəti var bunun mənim üçün
heç bir əhəmiyyəti yoxdur. Məntiqi görə bilmirsiz? - Bu iki qüvvə bir-birini qidalandırır, necə ki lazım olur. Onun siyasi nüfuzu sıfırdır",
- deyə Qaxaria bildirib.

Eyni zamanda Qaxariya qeyd edib ki, Saakaşvili Gürcüstana gəlsə, həbs olunarsa, onun azadlığa buraxılması "Gürcü Arzu" ilə razılaşdırılacaq.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sentyabrın 27-də Facebook-da oktyabrın 2-si üçün sifariş edilmiş Kiyev-Tbilisi aviabiletinin şəklini paylaşıb.

"Gürcü Arzusu" keçmiş prezidentlə bağlı 4 cinayət işi üzrə istintaqa başlayıb. Bu işlərdən ikisində Saakaşvili həbs cəzasına məhkum edilib, digər iki iş üzrə isə məhkəmə hələ yekun qərar verməyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər