“VMH" Marneuli seçki dairəsində seçkinin nəticələrinin etibarsız sayılmasını tələb edir
“Vahid Milli Hərəkat” Marneulidə seçki nəticələrinin etibarsız sayılmasını tələb edir. Marneuli Dairə Seçki Komissiyasının VMH-dan olan üzvü, Elquca Çxitunidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə seçkilər saxtalaşdırılma və zorakılıq yolu ilə keçirilib. Onun sözlərinə görə, demək olar ki, bütün məntəqələrdə uyğunsuzluq var. Çxitunidze qeyd etdi ki, şikayət yazmağa onlara mane olublar və təqdim etmək üçün müəyyən edilmiş vaxt da başa çatıb. O, maneçilik olaraq Laşa Kveladzenin həbsini hesab edir.

“Ən əsas olan, bizim məntəqələrədə şikayətləri yazıb təqdim etməyimiz idi. Qanunla belə nəzərdə tutulub, bunda da bizə mane oldular. Laşa Kveladze mənimlə danışdı, şikayətləri təqdim etməliydik, hər şeyi dəyərləndirmişdik. Bütün sənədlər Laşada idi. O, mənə zəng etdi , mən iclasda idim. Laşa ilə mənim söhbətimdən təxminən 5 dəqiqədə sonra Laşanı saxladılar ki, getməsin. Qanuni yolla şikayətlərə etiraz etməyimizi istəmirdilər. Bu vaxt ərzində şikayət verə bilmədik. Hər yerdə pozuntuların olması, protokolların yenidən düzəldiməsi ilə bağlı faktlar var. Laşa Kveladze faktiki olaraq materialları hazırlamışdı, ancaq onu apardılar. Əgər qayda pozmuşdusa, iki gündən sonra apara bilərdilər.”

Elquca Çxitunidzenin fikrincə, demək olar ki, bütün məntəqələrdə səslər yenidən hesablanmalıdır. Yalnız konkret seçki subyekti deyil, bütün seçki məntəqəsi baxımından yenidən hesablanmalıdır. Yerli Seçki Komissiyası isə bunu etmək istəmir. O, qeyd edir ki, etiraz əlaməti olaraq komissiya iclaslarında iştirak etməyəcək.

“Bzim namizədimiz Ramal Əhmədovla bağlı da bu kimi daha bir fakt var. Protokollara görə, Ramal Əhmədov qalib gəlirdi, ancaq yekunda nə etdilər? Ümumilikdə, 56 məntəqədə, bütün bülletenlər zibilə atılıb. Bununla bağlı fakt da var. Həmin məntəqəni də ləğv etmək istəmirlər. Bu bizim dairə komissiyasının sədri və onun birbaşa meneceri İakob Asanidzenin tapşırığı ilə olur. Bizim söhbətimiz burada heç nə demək deyil, ancaq necə edək? Mənim dairə komissiyasının üzvü olaraq başqa çıxış yolum yoxdur, etiraz olaraq oraya heç getməyəcəyəm, getmərəm də. Getsəm də, hamı mənim fikrimə zidd danışır.”

Məsələ ilə bağlı Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Ani İluridzedən müsahibə aldıq. Onun bildirdiyinə görə, onlar dəqiqlik olmayan yekun protokolları mütləq yenidən sayacaqlar. İluridze bildirdi ki, seçkinin nəticələrinin ləğv edilməsi kimi qərarlar səs çoxluğu ilə verilir.

“Heç kim demir ki, yenidən saymayaq. Biz məhz bu prosesdəyik. Uyğunsuzluq olan yekun protokolları müəyyən edirik. İclas olmalıdır və bunları müzakirə etməliyik. Yenidən sayılasıdırsa, sayılacaq. Baxaq hansı nəticə alınacaq. Buna görə biz hazırıq. Etibarsız hesab edilməsi məsələsini Dairə Komissiyası müzakirə etməlidir və səs çoxluğu ilə qərar qəbul edilməlidir.”

MSK yerli özünüidarə seçkilərinin Marneuli üzrə ilkin nəticələrini 3 oktyabr tarixində yayımlayıb. Nəticələrə görə, Marneuli meri “Gürcü Arzusu”-nunn namizədi Kənan Ömərov olub.

Müxalifət partiyaları Marneulidə keçirilmiş seçkiləri mənfi dəyərləndirib. Onlar qeyd edirlər ki, “Gürcü Arzusu” bütün məntəqələrdə səsləri saxtalaşdıraraq, seçiciləri almaqla, zorakılıqla, seçiciləri hədələməklə qələbə çalıb. “Gürcü Arzusu” isə bildirir ki, Marneulidə seçkilər sakit rejimdə keçirilib.

Print Email
FaceBook Twitter Google