Çörəyin qiyməti 10 tetri bahalaşıb
Çörəkçilər Dərnəyinin sədri Malxaz Dolidze deyir ki, son bir neçə gündə Gürcüstanda çörəyin qiyməti 10 tetri artıb.

Dolidzenin sözlərinə görə, çörəyin qiymətinin artmasına əsasən xammalın qiymətinin artması səbəb olub. Onun qeyd etdiyinə görə, unun qiyməti bu gün də artıb və 1 kisəsi 73 lari təşkil edir.

Dolidzenin sözlərinə görə, çörəyin qiymətinin artması dünya bazarında buğdanın qiymətinin artması ilə bağlıdır ki, bu da unun bahalaşmasına səbəb olub.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google