Nə üçün Marneuli bağçasında valideynlərə gigiyena və dəftərxana ləvazimatları gətirmək tapşırılıb
Marneuli bələdiyyəsində uşaq bağçası uşaqların valideynləri bağçaya dəftərxana ləvazimatları və gigiyenik vasitələri özlərinin aparmalı olcağından narahatdırlar. Nona Samxaradze bu barədə ictimai şəkildə danışan yeganə valideyndir. 

O, şəxsi “Facebook” səhifəsində paylaşım edərək Marneuli meriyasını məsələni həll etməyə çağırıb. Nona uşağını "Çiora" uşaq bağçasına aparır. O, bildirdi ki, bu yalnız bir bağçanın problemi deyil və başqa bağçaların valideynlərindən də belə narahatçılıq eşidib.

"Bu gün, Aleksandre mənə dedi ki, bağçaya dəftərxana ləvazimatları və gigiyenik vasitələr aparmalıyam. Mən alaram, hətta əlavə bir uşaq üçün də alaram! Amma!
Nə dəyişdi, əvvəl pulları var idi, indi isə bağçaya bildiribsiniz ki, pulunuz yoxdur? Yoxsa Marneulidir və başqa çox məsələlərdə olduğu kimi "olar". Bu məsələ ilə bağlı Bələdiyyə Məclisinin hər hansı qərarı varmı ki, daha bu ləvazimatları almayacaqsınız?"
– Nona Samxaradze yazıb.

Qeyd olunan ləvazimatları almaq Marneuli Uşaq Bağçaları Birliyinin öhdəliyidir və bələdiyyədəki bağçalara paylayır. Nə üçün "Çioraya" valideynlərin yardımı lazım gəlib? Bu faktı bağçanın rəhbəri Ketevan Minadze "kiçik maneə" ilə açıqlayır.

"Bilirsiniz bu nə idi? Bəzi əşyalar gətirilməyib, bir qismi qalıb. Məsələn, dünən, 14 oktyabr tarixində, gətirdilər. Müəllimlərə dedim ki, gözləyək, ancaq bəziləri gözləməyib, valideynlərə deyiblər. Hər şey dünən gətirildi. Qızlar yalnız ən axırıncı qrupda deyiblər. Bizim işə başlamağımlza iki-üç gün əvvəl qərar verildi. Başlayıb-başlamadığını bilmirdik. Bu mane oldu. Yoxsa biz ləvazimatları ilin sonunda alırıq və saxlayırıq. Bu il həqiqətən belə oldu. Ancaq gətirdilər."

Marneuli Uşaq Bağçaları Birliyi bu kimi faktları araşdırmağı planlşdırır. Mərkəzin rəhbəri Zaur Kərəmov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, gigiyena vasitələrinin və dəftərxana ləvazimatlarının valideynlərə tapşırılması qadağandır. Birdəfəlik nəmli salfetlərin bağçaya aparılması yolverilməzdir. Kərəmovun sözlərinə görə, 15 oktyabr tarixindən, bağçalarda monitorinq aparılacaq.

"Valideyn heç bir ləvazimat gətirmək öhdəliyi daşımır. Olmaz. Bizim rəhbərlik tərəfindən bu qadağan edilib. Nə isə tələb etmək olmaz. Məsələn, əgər nəm salfet istəyirlərsə, bunun gətirilməsi ümumiyyətlə, qanunla qadağandır. Bağçada quru salfet var, ondan istifadə edirlər. Bu barədə artıq mən də məlumat almışam. 15 oktyabrdan monitorinq qrupu fəaliyyətə başlayacaq. Əgər bu məlumat təsdiqlənərsə, müvafiq ölçülər götürəcəyik. Hansı bağçanın və müəllimin bunu tələb etdiyini öyrənəcəyik və lazımı ölçülər götürüləcək. Əvvəlcədən nə edəcəyimizi deyə bilmərəm."

Marneuli Uşaq Bağçaları Birliyi hansı ölçülər götürəcək, bu hələ məlum deyil. Təfərrüatlar aydınlaşdırıldığı halda material yenilənəcək.

Print Email
FaceBook Twitter Google