Marneuli bələdiyyəsində 22 noyabr tarixindən bu günə qədər
koronavirusa 338 yoluxma qeydə alınıb.
Bu barədə “Marneuli” radiosuna Marneuli Xəstəliklərə Nəzarət
Mərkəzindən məlumat verdilər. Verilən məlumata görə, son bir həftə
ərzində iki xəstə dünyasını dəyişib.
“Bizim mərkəzdə 22 noyabr tarixindən 6 dekabra qədər
koronavirusa 338 yoluxma qeydə alınıb. İki ölüm halı da baş verib,
ancaq bu iki hal yalnız Səhiyyə Mərkəzi tərəfindən nəzarətə
götürülmüş xəstələrə əsasən qeydə alınıb”.
Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, peyvənd
vurduranların sayı da artıb. Onların məlumatına görə, son bir
həftədə 2446 nəfər peyvənd vurdurub.
Bu günə olan məlumata görə, Gürcüstanda 1778 yoluxma qeydə alınıb.
63 nəfər isə dünyasını dəyişib.