"Ukraynaya minnətdar olmalıyıq" - Zurabişvili Avropa İttifaqının sorğunu təqdim etməyinə münasibət bildirib
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, biz Aİ-yə üzvlük sorğusundan keçmək məsələsində Ukraynaya minnətdar olmalıyıq.

“Bu gün Gürcüstanın tarixində ən əlamətdar günlərdən biridir - biz Avropa İttifaqından sorğu vərəqəsi aldıq, yəqin ki, ən yaxşı halda bir neçə il gözləyəcəyimiz məsələ idi. Bu, ölkəmiz üçün fövqəladə bir fürsətdir. Bunun üçün biz bütün Aİ-yə üzv dövlətlərə və Aİ rəhbərliyinə təşəkkür etməliyik, amma bəlkə də Ukraynaya və Ukraynanın mübarizəsinə daha çox minnətdar olmalıyıq. Əgər bu fədakar mübarizə olmasaydı, bu gün bu qədər tez baş verməzdi və heç kim nə vaxt gələcəyini deyə bilməzdi”, - deyə Salome Zurabişvili bildirib.

Onun sözlərinə görə, Aİ prosesi bürokratik deyil, daha çox siyasi müstəvidə aparmağa və prosesi sürətləndirməyə qərar verib.

“Biz hamımız gələcək nəsil üçün məsuliyyət daşıyırıq. Biz ya bu çağırışın öhdəsindən gələcəyik, ya da bacarmayacağıq. Bunun üçün bütün qüvvələr səfərbər edilməlidir. Bu məsələ heç bir qrupun qərarı və səyi ilə həll edilə bilməz. Əgər bir şeyə milli deyilirsə, o, milli işdir, milli maraqdır. Təsəvvür etmirəm ki, biz bu işdə, bütün cəmiyyət və siyasi spektr bir olmamalıyıq”, - deyə Salome Zurabişvili bildirib.

Gürcüstan prezidenti hamını Avropaya inteqrasiya məqsədi ətrafında birləşməyə çağırıb.

Martın 3-də Gürcüstan və Moldova Ukraynanın izinə düşərək Aİ-yə üzvlük üçün rəsmi müraciət ediblər. Bundan əvvəl “Gürcü Arzusu” 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etmək niyyətini bəyan etmişdi və 2030-cu ilə qədər namizəd statusunu gözləyirdi. Ukrayna artıq aprelin 8-də, Gürcüstan və Moldovaya isə aprelin 11-də Aİ-yə üzvlük ərizəsi ilə bağlı sorğu vərəqəsi alıb. Namizədin Statusunun Qiymətləndirilməsi Sorğusu Avropa Komissiyasının rəsmi sənədidir və ondan namizəd statusu üçün namizəd ölkəni qiymətləndirmək üçün istifadə olunur. Ərizəçi dövlətin sorğusuna cavablardan sonra Avropa Komissiyası hesabat hazırlayır və namizəd statusu ilə bağlı tövsiyə verir. Üzvlüyə namizəd statusunun verilməsi haqqında qərar Şura tərəfindən qəbul edilir və üzvlük danışıqlarının başlanması tarixini müəyyən edir.

Bir qayda olaraq, sorğu anketinin doldurulması və namizəd statusunun verilməsi proseduru illər tələb edir, lakin bu dəfə proses sürətləndirilib və ölkələrə anketi doldurmaq üçün bir ay vaxt verilib və Avropa Komissiyasının qiymətləndirməsinin iyunda hazır olacağı gözlənilir.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də bu gün sorğuya cavab verib və deyib ki, “Avropa İttifaqı ilə münasibətlərdə son illərdə əldə edilən bütün yaxşılıqlar və bütün irəliləyişlər hökumətimizin, hakim partiyamızın xidmətləridir”.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google