Kutaisi meriyasının avtoparkında avtomobilin çəninə 45 dəfə həcmindən artıq yanacaq süzüblər
Dövlət Audit Xidməti Kutaisi meriyasının 2019-2020-ci illərin fəaliyyətini araşdırıb və pozuntular aşkarlayıb. "Biznespressnews" avtoparkın idarə edilməsi sahəsində aşkarlanmış əsas səhv və pozuntuları təqdim edir.

Auditin hesabatından aydın olur ki, 2019-2020-ci illərdə bələdiyyədə iş səlahiyyətlərini icra etmək üçün istifadə edilmiş nəqliyyat vasitələrinin sayı tövsiyə edilən həddi əhəmiyyətli dərəcədə aşır.

Konkret olaraq, 11 növbətçi maşın əvəzinə bələdiyyə 2019-cu ildə balansda qeydə alınan 31 və özəl əmlak olan 116 maşından istifadə edirmiş. 2020-ci ildə isə meriya özəl əmlak olan 23 maşından istifadə edirmiş. Özəl əmlak olan 105 maşınla bağlı isə müqavilə bağlanıbmış. Təqdim edilmiş göstəricilərə əsasən, 2019-2020-ci illərdə bələdiyyə tərəfindən 607.7 min lari dəyərində yanacaq sərf olunub. Həmçinin, 2019-cu ildə 342.3 min lari, 2020-ci ildə 265.4 min lari xərclənib.

Audit qrupu maşınlarda yanacağın sərf olunması barədə sənəd və sistemi də araşdırıb. Aydın olub ki, bəzi hallarda nəqliyyat vasitələrinə birdəfəlik avtomobil çəninin həcmindən artıq yanacaq süzülüb.

2019-2020-ci illərdə 20 nəqliyyat vasitəsində avtomobil çəninin həcmindən artıq yanacağın süzülməsi ilə bağlı 45 hal aşkarlanıb.

Bundan əlavə, məzuniyyət və ya başqa növ sübutdan kənar Kutaisi inzibati sərhədindən kənarda yerləşən yanacaqdoldurma məntəqələrində yanacaq süzülməsi ilə bağlı 484 fakt aşkarlanıb. Bu halların 99-da 35.6 min lari dəyərində 14.3 min litr yanacaq xərclənib.
2019-2020-ci illərdə məzuniyyət dövründə avtomobillərin yanacaqla təmin edilməsi ilə bağlı 236 fakt qeydə alınıb. Ümumilikdə 15.1 min lari dəyərində 6.0 min litr yanacaq sərf olunub.

Mənbə: BPN
Print