Rustavidən Tbilisiyə avtobuslar təyin edilib [video]
Şəhər meri Nino Latsabidzenin jurnalistlərə verdiyi məlumata görə, sərnişinlər Rustavinin girişindən götürüləcək və Tbilisidə son dayanacaq metro İsani olacaq.

Onun sözlərinə görə, tələbələr üçün gediş haqqı 50 tetri, standart tarif isə 1,50 təşkil edəcək.

Avtobuslar 20 dəqiqəlik fasilələrlə işləyəcək. Latsabidzenin sözlərinə görə, hansı sayda avtobusun Rustavi sakinlərinə xidmət göstərəcəyi dəqiq deyil.

"Rustavi-Tbilisi nəqliyyatının qiymətinin qalxması ilə əlaqədar komanda fors-major vəziyyətdə qərar verdi və bu gündən etibarən M3 kateqoriyalı avtobus Rustavi-Tbilisi istiqamətində hərəkət edəcək. Əhali üçün və xüsusən də sərnişinlər üçün alternativ yaradacağıq.Tələbələr üçün tarif 50 tetri olacaq.Və biz təbii ki İntertransla məhkəmə prosesini davam etdiririk. Dünən görüşümüz oldu.

Şirkəti cərimələmişik, biz də əməkdaşlığı davam etdirəcəyik, müqavilənin bir neçə maddəsi pozulub, kompromis əldə etmək üçün mütləq onlarla işləməyə davam edəcəyik. Bundan sonra avtobuslar Rustavi-Tbilisi istiqamətində, komfortlu, müasir, Avropa tipli hərəkət edəcək”,
- deyə tələbələrlə Rustavi-Tbilisi istiqamətində ilk avtobus marşrutu ilə səyahət edən Latsabidze bildirib.

Rustavidən ilk səyahət saat 07:00-da yerinə yetiriləcək, sonuncu avtobus isə saat 23:00-da paytaxtdan yola düşəcək.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər