Apreldə ən çox bahalaşan 10 məhsul
Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiya 1,8 faiz, illik inflyasiya isə 12,8 faiz təşkil edib.

Baza inflyasiyaya gəlincə, bu rəqəm 2022-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz, tütünsüz illik baza inflyasiya isə 5,7 faiz təşkil edib.

“Business Press News” aprel ayında qiyməti ən çox bahalaşan ilk 10 məhsulu təqdim edir:

  • Kələm - 289,8%;
  • Badımcan - 119,9%;
  • Gavalı - 56,7%;
  • Marqarin - 54,2%;
  • Kartof - 53,9%;
  • Dizel yanacağı - 53,5%;
  • Xiyar - 44,1%;
  • Elektrik anbarı - 42,6%;
  • Benzin - 41,4%;
  • Qarabaşaq yarması - 39,4%.
Mənbə: BPN
Print Email
FaceBook Twitter Google