Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin aprel
ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiya 1,8 faiz,
illik inflyasiya isə 12,8 faiz təşkil edib.
Baza inflyasiyaya gəlincə, bu rəqəm 2022-ci ilin aprel ayında ötən
ilin eyni dövrü ilə müqayisədə 5 faiz, tütünsüz illik baza
inflyasiya isə 5,7 faiz təşkil edib.
“Business Press News” aprel ayında qiyməti ən çox bahalaşan ilk 10
məhsulu təqdim edir:
- Kələm - 289,8%;
- Badımcan - 119,9%;
- Gavalı - 56,7%;
- Marqarin - 54,2%;
- Kartof - 53,9%;
- Dizel yanacağı - 53,5%;
- Xiyar - 44,1%;
- Elektrik anbarı - 42,6%;
- Benzin - 41,4%;
- Qarabaşaq yarması - 39,4%.