Avropa Şurasının prezidenti Çarlz Mişelin sözlərinə görə,
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü zamanı o,
demokratikləşmə və qanunun aliliyi prosesində islahatlara heç vaxt
olmadığı qədər ehtiyac olduğunu vurğulayıb.
Mişelin sözlərinə görə, onlar Qaribaşvili ilə Avropa İttifaqının
Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini də
müzakirə ediblər.
“Avropa İttifaqı Gürcüstanla tərəfdaşlığımızı daha da gücləndirməyə
hazırdır. Lakin mən vurğulayıram ki, demokratikləşmə və qanunun
aliliyi prosesində islahatlara heç vaxt olmadığı qədər ehtiyac
var”, - Çarlz Mişel sosial şəbəkədə yazıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüsseldə işgüzar
səfərdədir, səfər zamanı Aİ-nin müxtəlif qurumlarının rəhbərləri
ilə yüksək səviyyəli görüşlər keçirəcək.
İki günlük səfər çərçivəsində Qaribaşvili Avropa Şurasının sədri
Çarl Mişel və Avropa Parlamentinin sədri Roberta Metzola ilə
görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüşlərdə müzakirə
olunacaq əsas məsələ Gürcüstanın Aİ-yə üzvlük üçün müraciəti və
ölkəyə namizəd statusunun verilməsi olub.