Mən Qaribaşviliyə qanunun aliliyinə heç vaxt olmadığı kimi ehtiyac olduğunu vurğuladım - Mişel
Avropa Şurasının prezidenti Çarlz Mişelin sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü zamanı o, demokratikləşmə və qanunun aliliyi prosesində islahatlara heç vaxt olmadığı qədər ehtiyac olduğunu vurğulayıb.

Mişelin sözlərinə görə, onlar Qaribaşvili ilə Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini də müzakirə ediblər.

“Avropa İttifaqı Gürcüstanla tərəfdaşlığımızı daha da gücləndirməyə hazırdır. Lakin mən vurğulayıram ki, demokratikləşmə və qanunun aliliyi prosesində islahatlara heç vaxt olmadığı qədər ehtiyac var”,
- Çarlz Mişel sosial şəbəkədə yazıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüsseldə işgüzar səfərdədir, səfər zamanı Aİ-nin müxtəlif qurumlarının rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirəcək.

İki günlük səfər çərçivəsində Qaribaşvili Avropa Şurasının sədri Çarl Mişel və Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb.

Hökumət administrasiyasının məlumatına görə, görüşlərdə müzakirə olunacaq əsas məsələ Gürcüstanın Aİ-yə üzvlük üçün müraciəti və ölkəyə namizəd statusunun verilməsi olub.

Mənbə: Netgazeti
Print