Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, iyunun əvvəlində
Melikişvili küçəsinin abadlaşdırılmasına başlanacaq və işlər zamanı
prospekt bağlanacaq:
“Yeraltı rabitə şəbəkəsi tamamilə dəyişdiriləcək. Yeni
drenaj sistemi qurulacaq. Yerüstü kabellər yerin altında
yerləşdiriləcək. Müasir LED tipli işıqları olan yeni dirəklər
quraşdırılacaq. Yeni asfalt örtüyü döşənəcək. Yolun hərəkət
hissəsindən ictimai nəqliyyat zolağı ayrılacaq, yeni gözləmə
yerləri və velosiped zolağı təşkil ediləcək. Həmçinin, yeraltı
tullantı toplama qutuları quraşdırılacaq”, - deyə
Kaxa Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, Melikişvilidə nəqliyyatın hərəkəti bərpa
olunana qədər Varazisxevi və Kostava küçələrində avtomobillərin hər
iki istiqamətdə hərəkətinə icazə veriləcək. Tbilisi merinin
sözlərinə görə, əhaliyə əlavə məlumat daha sonra veriləcək:
“Bu, şəhərdə müəyyən problemlər yaradacaq, amma
itirməyə vaxtımız yoxdur. Bizim həll edilməli olan çoxlu
problemlərimiz var”.