Melikişvili prospektinin reabilitasiyası başlayır, Varazişxevidə maşınların hərəkəti müvəqqəti olaraq ikitərəfli olacaq
Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, iyunun əvvəlində Melikişvili küçəsinin abadlaşdırılmasına başlanacaq və işlər zamanı prospekt bağlanacaq:

“Yeraltı rabitə şəbəkəsi tamamilə dəyişdiriləcək. Yeni drenaj sistemi qurulacaq. Yerüstü kabellər yerin altında yerləşdiriləcək. Müasir LED tipli işıqları olan yeni dirəklər quraşdırılacaq. Yeni asfalt örtüyü döşənəcək. Yolun hərəkət hissəsindən ictimai nəqliyyat zolağı ayrılacaq, yeni gözləmə yerləri və velosiped zolağı təşkil ediləcək. Həmçinin, yeraltı tullantı toplama qutuları quraşdırılacaq”, - deyə Kaxa Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, Melikişvilidə nəqliyyatın hərəkəti bərpa olunana qədər Varazisxevi və Kostava küçələrində avtomobillərin hər iki istiqamətdə hərəkətinə icazə veriləcək. Tbilisi merinin sözlərinə görə, əhaliyə əlavə məlumat daha sonra veriləcək:

“Bu, şəhərdə müəyyən problemlər yaradacaq, amma itirməyə vaxtımız yoxdur. Bizim həll edilməli olan çoxlu problemlərimiz var”.

Mənbə: Netgazeti
Print