Kobaxidze Avropa İttifaqının qoyduğu bütün şərtləri yerinə yetirəcəyini iddia edir
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze iddia edir ki, hökumət Avropa Komissiyasının namizəd statusu üçün qoyduğu bütün şərtləri yerinə yetirəcək.
O, bu barədə bu gün, iyunun 17-də Avropa Komissiyasının qərarı ilə bağlı brifinqdə bildirib.

“Struktur islahatlarına gəlincə, artıq təsdiq edilmiş sənəddə müxtəlif istiqamətlərdə atılması lazım olan addımlar sadalanır və namizəd statusunun əldə edilməsi üçün qoyulan bu şərtlər praktiki olaraq bütün məqamlarda Assosiasiyanın gündəliyi ilə üst-üstə düşür. Burada yeni heç nə yazılmayıb. Avropa İttifaqı ilə assosiasiya gündəliyində bizim tərəfimizdən təqdim edilmiş və artıq razılaşdırılmış eyni bəndlər üzrə. Bizim artıq bu öhdəliyimiz var idi və təbii ki, bu bəndlərin hər birinə uyğun olaraq müvafiq islahatlar həyata keçiriləcək", - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” Gürcüstanın Aİ-yə doğru bütün nəzərəçarpacaq irəliləyişi öz hökuməti altında əldə etməsinin məsuliyyətini öz üzərinə götürür və hazırkı qərarı da onların arasında adlandırır.
Mənbə: Netgazeti
Print