Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, müxalifətlə
“müəyyən oyun qaydaları” razılaşdırılarsa,
hakim partiya müxalifətin “nəzarət olunan və nəzarət edilən
televiziyalarına” qoşulmağa hazırdır. Onun sözlərinə görə, “Gürcü
arzusu” buna həmişə hazır olub.
Bu barədə Qaribaşvili bu gün, iyunun 24-də keçirdiyi brifinqdə
danışıb:
“Biz açıq şəkildə bildirmək istəyirik ki, biz
müxalifətimizlə müəyyən oyun qaydaları, minimum standart üzrə
razılığa gəlmişik və həmişə hazır olmuşuq. Nə olursa olsun,
xoşunuza gəlir, ya yox. Əgər bu qaydalar razılaşdırılmasa və
onların siyasəti ancaq ölkəni necə dağıtmaq, parçalamaq, ölkədə
sabitliyi necə pozmaq məqsədi güdürsə, təbii ki, biz buna
hazırıq.
Onların arasında biz onların idarə etdiyi və nəzarət etdiyi
televiziyalara getməyə, müsahibələr verməyə, real debatlar, real,
işgüzar məzmunlu [söhbətlər] keçirməyə hazırıq, təhqir, söyüş və
dava-dalaşa yox”, – deyə Qaribaşvili bildirib.
Artıq bir neçə ildir ki, “Gürcü Arzusu”nun nümayəndələri bu
telekanalların vaxtaşırı onları dəvət etməyə hazır olduqlarını
bəyan etmələrinə baxmayaraq, tənqidi media orqanlarına çıxmaqdan
imtina edirlər.