Mollaoğluda bu il daxili yolların çəkilməsi planlaşdırılmır
Marneuli bələdiyyəsinin Mollaoğlu kəndində bu il daxili yollar çəkilməyəcək. Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsində kənddə daxili yolların çəkilməsi üçün pul da ayrılmışdı. Ancaq bu il işlər təxirə salınıb.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu il layihənin həyata keçirilməsinə ehtiyac yox idi. Buna görə də Mollaoğluda daxili yolların çəkilməsinə ayrılmış pul başqa layihələrə bölünüb.

Qeyd edək ki, 2021-ci ilin 1 dekabr tarixində Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin təsdiqlənməsi zamanı Mollaoğluda bu il daxili yolların çəkilməsi üçün büdcədə 400 000 lari ayrılmışdı.

Print Email
FaceBook Twitter Google