Hindistanlı Qautam Adani milyarderlər reytinqində Bill Qeytsi geridə qoyub
Hindistanın ən zəngin sahibkarı və investoru Qautam Adani “Forbes”in milyarderlər reytinqində “Microsoft”un qurucusu Bill Qeytsi geridə qoyub.

Dünyanın ən zəngin insanlarının reytinqində Adani 115,8 milyard dollar dəyərində sərvətlə dördüncü, Qeyts isə 105,3 milyard dollarla beşinci yerdədir.

Ən zəngin və nüfuzlu hindistanlı iş adamının sərvət mənbəyi infrastruktur, nəqliyyat, enerji, müəssisələr, mədənçıxarma, hava limanları və dəniz limanları sahələrində təmsil olunan şaxələndirilmiş konqlomerat Adani Groupdur.

Adani Group-un çətiri altında hazırda yüzə yaxın törəmə şirkət var və holdinqin əsas investisiya sahəsi infrastruktur və enerjidir.

Adani son on ildə 115 milyard dollarlıq sərvətinin əsas hissəsini qurmağı bacarıb və təkcə bu il onun sərvəti Adani Qrupunun törəmə şirkətləri tərəfindən istehsal olunan məhsulların dünya miqyasında artan qiymətləri səbəbindən təxminən 30 milyard dollar artıb.

Qeyd edək ki, Hindistanın ən zəngin iş adamı ölkə hökuməti ilə yaxın münasibətdədir. Baş nazir Narendra Modi və Qautam Adani uzun illərdir dostdurlar və Adani Qrupunun özü Hindistanın ən böyük infrastruktur və enerji layihələrində fəal iştirak edir.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər