Marneulidə bağçadan kənar qalmış uşaqlar – VERİLİŞ
4 yaşlı Zabit, Minaya, Zamin, Bahar, Sunar, Səfurə, Tuncay və onların daha bir neçə həmyaşıdı 15 sentyabrda bağçaya gedə bilməyib.

Birinci Kosalı sakinlərinin məktəbəqədər təhsil müəssisəsi yoxdur. Onlara yaxın kənddə isə yerlər dolub. Sakinlər deyirlər ki, illərdir, bu vəziyyətə uyğunlaşıblar. Evə qapanmış uşaqları tez-tez küçədə gəzməklə və ya qumla oynamaqla əyləndirirlər. Bir yerə toplaşmaq onlar üçün nadir dəbdəbədir. Çünki kənddə yaşayan ailələr heyvandarlıqla, yaxud bağçılıqla məşğuldurlar. Yerli sakinlər bildirirlər ki, uşaqların bağçada əldə edə biləcəkləri baza biliklərini evdə verə bilmirlər.

Kosalı Marneulidə uşaq bağçası problemi olan yeganə kənd deyil. Bələdiyyə miqyasında ümumilikdə 84 kənd var. Ancaq 14 bağça fəaliyyət göstərir. Verilişdə Marneuli bağçalarındakı problemlərdən və məktəbəqədər təhsildən kənar qalmış uşaqlardan danışacağıq. Bu məsələləri müzakirə etmək üçün BMT-nin Uşaq Fondunun erkən təhsil mütəxəssisi Ana Canelidze və Marneuli 2 və 5 saylı ictimai məktəblərin pedaqoqu Temur Suğaşvilini qonaq dəvət etmişik.

Verilişi ətraflı izləyin:


"Marneuli" Radiosu
Print