Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb - 5 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Tbilisi, Kvemo Kartli, Şida Kartli və Acarıstanda 5 nəfər yaxalanmış, qanunsuz dövriyyədə olan odlu silah-sursat maddi sübut kimi götürülüb.

Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları, 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ç. -nı qanunsuz odlu silah əldə etmək və saxlamaqda ittiham edərək saxlayıb. Hakimin hökmü əsasında polis saxlanılan şəxsin evinə baxış keçirərkən maddi sübut kimi avtomat silah və ağızlıq çıxarıb.
Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları xarici ölkə vətəndaşı - 1980-ci il təvəllüdlü M.G.-ni saxlayıblar. O, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları M.G. -nı maşın sürərkən saxlayıblar. Onun şəxsi axtarışı nəticəsində polis əməkdaşları tərəfindən maddi sübut kimi 1 ədəd Makarov sistemli odlu silah, 1 ədəd ağızlıq və 11 ədəd patron götürülüb.

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü S.A.-nın şəxsi axtarışı nəticəsində Qardabani rayon şöbəsinin əməkdaşları tərəfindən kustar üsulla hazırlanmış tapança götürülüb.

Şida Kartli Polis İdarəsinin Xaşuri rayon şöbəsinin əməkdaşları, 1974-cü il təvəllüdlü Z.G. -nı saxlayıblar. O, qanunsuz olaraq odlu silah və döyüş sursatı, o cümlədən narkotik maddə əldə etmək və saxlamaqda ittiham olunur. Xaşuri bələdiyyəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin evində və yardımçı anbarlarda hakimin hökmü əsasında aparılmış axtarış nəticəsində maddi sübut kimi götürülüb: AK 74 markalı avtomat odlu silah, 100 patron, 3 ədəd ağızlıq. , narkotik vasitə olan "Suboxin", habelə sübut kimi "marixuana"nı çıxarıblar.

Acarıstan Polis Departamentinin Xelvaçauri Rayon Şöbəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursatın əldə edilməsi, saxlanması və gəzdirilməsi və Gürcüstana qanunsuz odlu silah idxalı faktı aşkar ediblər. Polis, 1989-cu il təvəllüdlü A.B.-nı sözügedən cinayətə görə Xelvaçauridə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin idarə etdiyi mikroavtobusun yoxlanılması nəticəsində maddi sübut kimi tapança, 12 ədəd patron və odlu silahın detalları götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 214, 260 və 273-cü maddələri ilə aparılır.

Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər