Qanunvericilik orqanında tütün məmulatlarının
standartlaşdırılmış qablaşdırılması öhdəliyinin icrasının təxirə
salınması ilə bağlı qanun layihəsinə yaxın vaxtlarda
baxılacaq.
Xüsusilə Səhiyyənin Müdafiəsi və Sosial Məsələlər Komitəsi yaxın
günlərdə layihəni müzakirə etməyi planlaşdırır. Bundan başqa,
sözügedən öhdəliyin 2 il müddətinə təxirə salınmasına da baxılır
ki, bu da səhiyyə komitəsində müzakirə olunur.
Xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən, 2023-cü il yanvarın
1-dən Gürcüstanda bütün siqaretlərin qablaşdırılması sadə və vahid
olmalıdır. Bunu hökumətin 2022-ci ilin mayında Gürcüstanda satış
üçün nəzərdə tutulan tütün məmulatlarının və onların
qablaşdırmasının standartlaşdırılması ilə bağlı texniki
reqlamentləri qəbul etdiyi “Tütünlə mübarizə haqqında” qanun
nəzərdə tutur.
Lakin 2022-ci ilin iyununda parlament üzvləri Davit Sonqulaşvili,
Qoça Enukidze, Qela Samxarauli və İsko Dasen parlamentdə sözügedən
öhdəliyin təxirə salınmasını tələb edən qanun layihəsinin
təşəbbüskarı olublar. Deputatların fikrincə, tütün məmulatlarının
standartlaşdırılmış qablaşdırılması öhdəliyi 31 dekabr 2022-ci il
deyil, 31 dekabr 2024-cü ildə qüvvəyə minməlidir, çünki Ukraynada
davam edən müharibə ilə əlaqədar şirkətlərin yenidən təşkili üçün
daha çox vaxt lazımdır.
“Şirkətlərin məlumatına görə, Ukrayna hadisələrindən əvvəl
Gürcüstan bazarı üçün nəzərdə tutulan tütün məmulatları əsasən
Ukrayna fabriklərində istehsal olunurdu. Mövcud hadisələrlə
əlaqədar olaraq, münaqişənin ilk günlərindən Ukraynada məhsulların
istehsalı qeyri-mümkün olub və bu mərhələdə Gürcüstan bazarında
tələbatı ödəmək, müvafiq məhsulların idxalı üçün istehsal müxtəlif
ölkələrə ötürülür.
Normal şəraitdə belə bir yeni məhdudiyyətə riayət etmək üçün sektor
üçün istehsalın yenidən qurulması kifayət qədər uzunmüddətli
hazırlıq və yenidənqurma prosesini nəzərdə tutur ki, bunun üçün
texniki reqlamentlərin mövcudluğu zəruri idi. Ukraynadakı
vəziyyətlə əlaqədar olaraq, bu proses daha uzun və daha mürəkkəb
olmuşdur, çünki şirkətlər standartlaşdırılmış qablaşdırmanın
müvafiq proseslərini bir fabrikdə həyata keçirmək əvəzinə, bir neçə
ölkənin müxtəlif fabriklərində müvafiq prosesləri yenidən təşkil
etməli olurlar ki, bu da 1 yanvar 2023-cü il üçün mümkün
olmayacaq.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, hazırda fabriklərdə
istehsal fövqəladə rejim deyilən rejimdə həyata keçirilir, çünki
istehsalın bu cür bölgüsü şirkətlərin adi təcrübəsi deyil və
standart qablaşdırmaya keçid üçün ilk növbədə istehsal
normallaşdırılmalıdır ki, bunun üçün 12-24 ay müddət tələb
olunur” - layihənin izahat kartında oxuyuruq.